Modern.az

Nazir: Bu il 4 milyondan çox Azərbaycan vətəndaşı xaricə gedib  

Nazir: Bu il 4 milyondan çox Azərbaycan vətəndaşı xaricə gedib   

27 Sentyabr 2017, 12:06

"Bu il Azərbaycandan xaricə gedənlərin sayında artım müşahidə olunub".


Modern.az
xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu il 4 milyondan çox Azərbaycan vətəndaşı xaricə səfər edib.

"Bu ilin 8 ayında ölkənin regionlarında 1 294 820 nəfər istirahət edib. Turistlər ölkədə 730 milyon 938 min manat xərcləyiblər. Bu rəqəm ötən ilki rəqəmlərlə müqayisədə 2 dəfə çoxdur”.

Nazir bildirib ki, Azərbaycana gələn turistlər Azərbaycandan gedənlərdən çox pul xərcləyib.

"Azərbaycandan xaricə gedən vətəndaşlar 600 milyon manat civarında pul xərcləyiblər. Bu o deməkdir ki, Azərbaycanın daxilində turizm munasibətləri musbət dinamika üzrə davam edir. Ölkənin turizm sənayesi artıq dövlət büdcəsinə böyük tövhə verir".

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?