Modern.az

Şəhid zabitin əkiz oğlanlarından yeni xəbər var  

Şəhid zabitin əkiz oğlanlarından yeni xəbər var   

27 Sentyabr 2017, 13:00

“Nəvələrim Yaşar da, Şahlar da çox yaxşıdılar. Sentyabrın 29-da 3 ayları tamam olacaq. Artıq evə yad adam gələndə dərhal tanıyıb reaksiya verirlər. Maşallah, hər ikisinin səhhəti normaldır”.

Bunu Modern.az-a açıqlamasında bu iin fevralında Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olmuş hərbçimiz Şahlar Nəzərovun atası Yaşar Nəzərov əkiz nəvələrindən danışarkən deyib.


Şəhidin atası ailəyə edilən diqqətdən də söz açıb.


“Şahların döyüş yoldaşları, komandirləri iki gündən bir evimizə zəng edib maraqlanırlar, uşaqların səhhətini soruşurlar. Allah hər kəsdən razı olsun. Şahların əkiz uşaqları diqqətdən uzaq deyil”.

Yaşar Nəzərov uşaqların qidalanması ilə bağlı sualı da cavablandırıb.

“Uşaqlar ana südü ilə qidalansa da, doymurlar. Ona görə də süni qidalardan almalı oluruq”.

 Qeyd edək ki, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Hərbçimiz şəhid olmazdan 5 ay öncə ailə həyatı qurmuşdu. O, doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər