Modern.az

Türkiyəli nazir: “Kürdüstanın blokadası İraqla ticarətə zərər vuracaq”

Türkiyəli nazir: “Kürdüstanın blokadası İraqla ticarətə zərər vuracaq”

Dünya

27 Sentyabr 2017, 16:21

Türkiyənin İraq Kürdüstanına referendumla bağlı tətbiq edəcəyi iqtisadi blokada Ankaranın özünə də ciddi ziyan vuracaq.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi məlumat verib.

“İraqla 8 milyard dollar ticarət dövriyyəmiz var və bütün mallar Şimali İraq ərazisində keçir. Ona görə referenduma görə sanksiya tətbiq etmək barədə danışarkən ehtiyatlı olmaq lazımdır”.

 

Onun sözlərinə görə blokada gerçəkləşsə, Türkiyə İraqa malları İran ərazisindən göndərməli olacaq.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə