Modern.az

200 saylı məktəbdə etirazlar səngidi  

200 saylı məktəbdə etirazlar səngidi   

27 Sentyabr 2017, 16:31

Bir neçə gün bundan əvvəl Nərimanov rayonu 200 saylı məktəb-lisey kompleksinin direktoru Qafar Hüseynovun işdən çıxarılması xəbərinə  valideynlər etiraz etmişdilər.


Modern.az
saytı hazırda məktəbdə vəziyyətin necə olması ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə müraciət edib.

İdarədən bildirilib ki, hər şey qaydasındadır.

“200 saylı məktəbdə hər şey qaydasındadır. Dərslər normal şəkildə davam edir. Rəhbərlik yerindədir. Sadəcə, direktor Qafar Hüseynov bülletendədir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir