Modern.az

Azərbaycanda ovçulara çaqqal, təkə, qaban ovlamağa rəsmi icazə verildi

Azərbaycanda ovçulara çaqqal, təkə, qaban ovlamağa rəsmi icazə verildi

3 İyun 2011, 17:28

2011-2012-ci illər üçün ov mövsümün vaxtları müəyyən edilib. Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadənin bu barədə açıqlamasını təqdim edir.

H.Əlizadə 2011-2012-ci illər üçün ov mövsümünün 4 iyun 2011-ci il tarixindən etibarən açıq elan edildiyini bildirib və vəhşi heyvanların ovlanmasına qoyulacaq müddətləri də açıqlayıb.

 2011-2012-ci illər ov mövsümündə vəhşi heyvanların ovlanma cədvəli belədir :

• Təkə 04 iyun - 29 oktyabr 2011-ci il tarixlərində;

• Qaban (çöl donuzu) 10 sentyabr - 24 dekabr 2011-ci il tarixlərində;

• Dovşan 12 noyabr 2011-ci il - 07 yanvar 2012-ci il tarixlərində;

• Bataqlıq qunduzunun (nutriya) 15 oktyabr 2011-ci il-25 fevral 2012-ci il tarixlərində nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir.

• Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə isə onların ilboyu ovlanmasına icazə verilir”.

Hikmət Əlizadənin vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə icazə verilən əraziləri də açıqlayıb. Onun sözlərinə görə qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı rayonlarında ovlana bilər. “Təkənin Zaqatala, Şəki, Qax, Oğuz, Quba, dovşanın isə Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı raqyonlarında ovlanmasına icazə verilir.

Müsahib vurğulayıb ki, ovçular ov etmək üçün Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən icazə almalıdırlar. H.Əlizadə birdəfəlik ov icazəsinin də qiymətlərini deyib. Belə ki, ovçular dovşan üçün 2 manat 20 qəpik, çaqqal üçün 3 manat 96 qəpik, yenot və qunduz üçün 1 manat 65 qəpik, təkə üçün 24 manat 75 qəpik, qaban (çöl donuzu) üçün isə 16 manat 50 qəpik verməlidirlər.

Sonda Himət Əlizadə Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ovun qadağan edildiyini söyləyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir