Modern.az

Qarabağ qaziləri vəkil Feruz Quliyevi erməniyə bənzətdilər

Qarabağ qaziləri vəkil Feruz Quliyevi erməniyə bənzətdilər

3 İyun 2011, 18:20

Bu gün “Qarabağ qaziləri” İctimai Birliyi Vəkillər Kollegiyasının nümayəndəsi Feruz Quliyevin Binəqədi Rayon Məhkəməsində tanınmış vəkil Osman Kazımovun iddiası əsasında keçirilən məhkəmə prosesində qaçqınları təhqir etməsi ilə bağlı bəyanat yayıblar. Qarabağ qaziləri İB-nin mətbuat xidmətindən Modern.az-a daxil olan bəyanatda deyilir:

“Biz torpaqlarımızı erməni təcavüzündən müdafiə edərkən sağlamlıqlarını itirib qazi olmuş minlərlə insan Vəkillər Kollegiyasının nümayəndəsi Feruz Quliyevin Binəqədi Rayon Məhkəməsində tanınmış vəkil Osman Kazımovun iddiası əsasında keçirilən prosesdə qaçqınları təhqir etməsindən çox narahatıq. Düşünürük ki, bu adam əslən Ermənistandan, Qarabağdan olan bir milyon azərbaycanlı qaçqın və məcburi köçkününü, o cümlədən bizləri, şəhidlərimiz ruhunu təhqir edibdir. Digər tərəfdən, bizi narahat edən odur ki, feruz quliyevlər kimi qanında erməni qarışığı olması şübhə doğurmayan zatların sayı çoxalmaqdadır. Və bu bizləri çox narahat edir”.

Daha sonra Qarabağ qaziləri Feruz Quliyev kimilərini köçəriyanlara, s’rkisiyanlara bənzədərək onun barəsində ölçü götürülməsinin vacibliyini bəyanatda bildiriblər:
“Biz sıralarında həm əslən Ermənistandan, həm də Qarabağdan olan təşkilat kimi bu məsələ ilə bağlı müvafiq qurumların ölçü götürməsini istəyirik.  İstəyirik ki, cəmiyyətdə insanların təbəqələrə bölünməsinə, öz doğma yurd-yuvasını itirmiş insanlara qarşı belə təhqiramiz davranışa Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri cənab Əli Həsənov öz münasibətini bildirsin. Biz cənab prezidentə, Ali Baş Komandan İlham Əliyevə müraciət edirik, belə halların qarşısını almaq üçün qanunla nəzərdə tutulmuş formada tədbirlər görsün. Köçəriyanlra, sərkisiyanlara bənzəyən bu kəslərə qarşı vaxtında və lazımı tədbir görülməsə, onların əməlləri cəmiyyətdə açıq qarşıdurmalara gətirib çıxara bilər. Biz bu tip adamların cəzalandırılmasını tələb edirik”.


Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır