Modern.az

Ziya Məmmədovun bacısının işdən çıxdığı rəsmən TƏSDİQLƏNDİ  

Ziya Məmmədovun bacısının işdən çıxdığı rəsmən TƏSDİQLƏNDİ   

28 Sentyabr 2017, 13:16

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın “Tərəqqi” liseyinin direktoru vəzifəsindən çıxarıldığı rəsmən təsdiqlənib.


Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, Məhbubə Məmmədova öz ərizəsilə işdən azad olunub.

Qeyd edək ki, ötən həftə nazirlik rəsmiləri “Tərəqqi” liseyinində araşdırma aparmışdılar.


Məlumata görə, Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi əməkdaşları M.Məmmədovanın fəaliyyətində ciddi qüsurlar aşkarladığından direktor ərizə yazmalı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi