Modern.az

Media ombudsmanının işinə dair məsləhətləşmələr keçiriləcək

Media ombudsmanının işinə dair məsləhətləşmələr keçiriləcək

Media

4 İyun 2011, 10:09

Azərbaycanda media ombudsmanının səlahiyyətlərini insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova yerinə yetirəcək.
Elmira Süleymanova bir müddət öncə Modern.az-a bildirmişdi ki, media ombudsmanı işinin təşkili ilə bağlı jurnalist təşkilatları, ayrı-ayrı jurnalistlərlə görüşlərin keçirilməsi planlaşdırılır.
Modern.az saytının məlumatına görə, artıq belə bir görüşün vaxtı məlum olub. Belə ki, iyunun 7-də Ombudsman Aparatında media ombudsmanının fəaliyyətinə dair məsləhətləşmələr keçiriləcək.
Həmin toplantıda Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinin, digər şəxslərin iştirakı planlaşdırılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü