Modern.az

MDB ölkələrinin maliyyə nazirləri əməkdaşlığa dair Memurandum imzalayacaqlar

MDB ölkələrinin maliyyə nazirləri əməkdaşlığa dair Memurandum imzalayacaqlar

4 İyun 2011, 10:12

Azərbaycanın Respublikasının maliyyə naziri Samir Şərifov iyun ayının 4-də Kiyevdə işinə başlamış Müstəqil Dövlətlər Birliyinə üzvü olan ölkələrin maliyyə nazirlərinin daimi fəaliyyət göstərən müşavirəsinin növbəti – 5-ci iclasında  iştirak edir.
Maliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, müşavirənin gündəliyinə  MDB-yə üzv olan dövlətlərin iqtisadi-maliyyə vəziyyəti, 2010- cu il ərzində dünya maliyyə böhranının nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər və digər məsələlər daxildir.
Maliyyə nazirləri həmçinin  MDB ölkələri Maliyyə Nazirlikləri arasında əməkdaşlığa dair Memurandumla bağlı da müzakirə aparacaqlar.
MDB dövlətləri maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsi vəziyyəti öyrənmək və böhrana qarşı tədbirlər hazırlamaq üçün 2008-ci il oktyabrın 10-da üzv dövlətlərin hökumət başçılarının qərarı ilə yaradılıb. Qurumun ilk iclası 2008-ci il oktyabrın 21-də keçirilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər