Modern.az

“Məhərrəmlik spirtli içki satışını 25% azaldıb” - “Az-Qranata”nın satış direktoru  - MÜSAHİBƏ  

“Məhərrəmlik spirtli içki satışını 25% azaldıb” - “Az-Qranata”nın satış direktoru  - MÜSAHİBƏ   

29 Sentyabr 2017, 09:32

Hazırda Azərbaycan da daxil olmaqla müsəlman ölkələri məhərrəm ayını yaşayır. Adətən bu ayda adət etdiyimiz nikah mərasimləri, toylar, ad və şad günləri keçirilmir. İnsanlar matəm ayı hesab edilən məhərrəmliyin mahiyyətini dərk etdiklərindən bir növ 2 ay yas saxlamalı olurlar. 

Böyük qazanc və biznes mənbəyi olan restoran və şadlıq evləri də 2 ay “istirahət edir”. Demək olar ki, ilin hər günü toy idarə edən müğənnilərin məzuniyyət törəni də bu vaxta təsadüf edir.
 

Bir sözlə, bu ayda toy biznesi zəifləmək məcburiyyətində qalır.

 

İş ondadır ki, məsələ bununla bitmir. Axı spirtli içki bazarı da var. Orda da vəziyyət məhərrəmlik boyu dəyişirmi?

 

Modern.az saytı məhərrəmlikdə spirtli içki bazarının durumunu öyrənməyə çalışıb. 


Hazırda bazarda alkoqollu içki satışında böyük paya malik olan “Az-Qranata” MMC-nin alkoqollu içkilər sektorunun direktoru, texnika elmləri doktoru, professor Vüqar Mikayılov Modern.az saytının suallarını cavablandırıb.

 

- Hazırda Məhərrəm ayını yaşayırıq. Belə iddialar səslənir ki, bu ayda spirtli içkilərə olan tələbat yüzə doxsan faiz azalır. Spirtli içki istehsalını həyata keçirən “Az-Qranata”nın rəsmisi olaraq, bu barədə nə deyə bilərsiz?

 

- Azərbaycanın satış bazarında spirtli içkilərin 20-25%-i toylar üçün nəzərdə tutulur. Toylar dayanıbsa, bu da Azərbaycanın payına düşən alkoqollu içkilərin 25% azalmasına gətirib çıxarır. Bu, təkcə “Az-Qranata”nın yox, bütün digər müəssisələrin məhsullarının ay yarım ərzində azalması deməkdir.
Məhərrəmlikdə kimlərinsə payı bir qədər çox, kimlərinsə payı bir qədər az olur. Bu da horikadan asılıdır. Horika dedikdə yəni restoranlar, şadlıq evləri nəzərdə tutulur ki, bu da kimin nə qədər güclü olduğunu göstərir. Müəssisə var ki, məhsulunun 10%-i, müəssisə də var ki, məhsulunun 30%-i şadlıq evlərində istifadə olunur.  Horikaya verilən məhsullar 50%-ə qədər azalır. Horikanın 50% azalması həmin restoranlarda toyun az olması ilə  əlaqədardır. Ümumilikdə isə alkoqollu içki satışı 20-25%-dən aşağı azalmır.

 

- O zaman əminliklə demək olarmı ki,  Məhərrəm ayında tələbatın azalması spirtli içkilərin bazarını öldürür?! Çünki məhsulun alış faizi çox aşağı düşür və bu da yüksək gəlirin əldə edilməsini əngəlləyir.


 -İstəsək də, istəməsək də müsəlman ölkəsində yaşayırıq. Əhalinin 80-85%-i müsəlmanlardan ibarətdir. Müsəlmanların ümumi adət-ənənlərinə riayət etməliyik. Son vaxtlar Azərbaycanda spirtli içki istehsalının ləngiməsinin qarşısı alınıb. Demək olar ki, “Az-Qranata”nın payına ləngimə çox az düşür. “Az-Qranata”nın məhsularının çoxu xaricə eksport olunur.  Xüsusilə, xristian ölkələrində  məhərrəmlik ayı yaşanmır. Adi vaxtlarda xaricə çox məhsul sata bilməsək də, məhərrəmlikdə boşluq olduğu üçün artıq məhsulları xaricə göndərə bilirik. “Az-Qranata”nın məhsulları dünyanın 30-a yaxın ölkəsinə ixrac edilir. Ən azı hər gün bir maşın məhsul xaricə eksport olunur. Ona görə də bu hal 20-25% təşkil etmir. Yanız “Az-Qranata”nın payına 10 % düşür. 


- Şirkətdə işçilərin sayı nə qədərdir?
 


-Azərbaycanda alkoqol sektorunda ən böyük içki zavodlarından biri “Az-Qranata”dır. Ona görə ki, 400 hektar nar bağı, 300-dən çox işçisi var. Hər bölgədə 70-ə yaxın firma mağazamızın olması, hər mağazada 2 ailənin dolanışığı bizim payımıza düşür. Qida sənayesində 1000-dən artıq işçisi olan zavod barmaqla sayılır. Onlardan biri də “Az-Qranata” şirkətidir. “Az-Qranata” cənab pezidentimizin dediyi kimi, nəinki Azərbaycanda, həm də Cənubi Qafqaz regionunun ən böyük müəssisəsidir. Liderliyimizi qoruyub saxlamaqda davam edirik. Həm də keyiyyətin yüksək olması məhsullarımıza olan tələbatı daha da genişləndirir.

 

- İddia olunur ki, Rusiya istehsalı olan “Russkaya marka”, “Severnaya vodka”, “Zolotoe kaltso” kimi spirtli içkilərin qəbulu zamanı orqanizmin zəhərlənməsi və insan psixikasının korlanması halları özünü göstərir. Hazırda spirtli içkilərin satışı və alışı prosesində vəziyyət necədir? Rusiya istehsalı olan araqlara tələbat varmı?

 

-Bir il bundan qabağa qədər Azərbaycanda orta və yuxarı təbəqənin adamları Rusiya istehsalı olan spirtli içkilərə meylli idi. Son iki ildə “Az-Qranata”nın yeni keyfiyyət göstəriciləri əsasında artıq yüksək elitamız Rusiya araqlarına “yox” deyir. Yerli “Az-Qranata” məhsulları Belarus və rus vodkalarından üstündür. Ona görə ki, biz vodka hazırlayarkən keçi südündən istifadə edirik. Çiy halda keçi südü 24 saat çürümədən qala bilir. Biz də məhsulu vodkaya bişməmiş halda vura bilirik. Bu da kənar maddələri vodkadan uzaqlaşdırır. Dünyada ilk təcrübəni “Az-Qranata” həyata keçirib. Azərbaycanda isə ilk dəfə olaraq gümüşü ion halına salıb, bu ionları vodkaya veririk. Gümüş ionların vodkaya vurulmasının mahiyyəti ondan ibarətdir ki, gümüş ionları beyində neyronların qarşısını alır. İnsan nə qədər bu spirtli içkini qəbul etsə, də ağlını itirmir. Rusiya istehsalı olan vodkaların 60%-i saxta məhsullar olur. Əgər mağazada 60%-ə qədər məhsul saxtadırsa, deməli, 100 adamdan 60-ı saxta məhsul qəbul edir. Həmin məhsullar keyfiyyəti zəif olan spirtdən hazırlanır ki, bu da insanın psixikasında, orqanizmində müəyyən durğunluğa səbəb olur və insan xəstələnir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir