Modern.az

Rabitə Nazirliyindən internet probleminə dair AÇIQLAMA  

Rabitə Nazirliyindən internet probleminə dair AÇIQLAMA   

Aktual

29 Sentyabr 2017, 16:27

Sentyabrın 29-da Azərbaycanda internetin sürəti ilə bağlı problem yaşanıb. Hətta, hazırda da istifadəçilər ölkə üzrə internetin çox zəif olduğunu söyləyirlər.

Modern.az saytı məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat xidmətindən saytımıza bildirilib ki, genişzolaqlı sabit internet şəbəkəsində problem müşahidə olunmur.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkədəki telekomnukasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir. Həm “Aztelecom”un həm də “Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə genişzolaqlı sabit internet şəbəkəsində heç bir problem müşahidə olunmur.”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı