Modern.az

Nardaranda Aşura günü vəziyyət necədir? - AÇIQLAMA

Nardaranda Aşura günü vəziyyət necədir? - AÇIQLAMA

1 Oktyabr 2017, 10:50

Bu gün Azərbaycanda Aşura qeyd olunur. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib. 

 

Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

 

Bakının Nardaran kəndində hər il olduğu kimi bu il də Aşura mərasimi keçirilir. 

 

Modern.az saytı Sabunçu rayon 42-ci polis bölməsi ilə əlaqə saxlayıb. 42-ci polis bölməsinin sahə rəisi, polis mayoru Seyidağa Cəbrayılov saytımıza açıqlamasında hazırda kənddə sakitlik hökm sürdüyünü bildirib.

 

“Hazırda Nardaranda vəziyyət normaldır. İnsanlar çox sakit şəkildə məscidlərə axın edirlər. Hələ ki, hər hansı qarşıdurma hadisəsi qeydə alınmayıb”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir