Modern.az

Azərbaycanda tanınmış jurnalist vəfat edib

Azərbaycanda tanınmış jurnalist vəfat edib

Media

5 İyun 2011, 20:08

İyunun 5-də tanınmış jurnalist, “Proqnoz” qəzetinin baş redaktoru Süleyman Osmanoğlu Bakıda vəfat edib. Jurnalist ürək xəstəliyindən əziyyət çəkirdi.

Modern.az "Mediaforum"a istinadən bildirir ki, 1952-ci il iyul ayının 10-da Qazax rayonunun Kəmərli kəndində anadan olan Süleyman Osmanoğlu mətbuatla əməkdaşlığa orta məktəb illərində başlayıb, “Azərbaycan gəncləri”, “Bakı” qəzetlərində yazıları dərc olunub. Jurnalist fəaliyyəti boyunca dövlət radiosunda, “Azadlıq”, “Ekspress”, “Günaydın” qəzetlərində çalışıb, “Müxalifət” qəzetinin baş redaktoru olub. 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Süleyman Osmanoğlu iyunun 5-də Bakının Əhmədli kəndində dəfn edilib. Dəfn mərasimində jurnalistlər, ictimaiyyət nümayəndələri, siyasətçilər iştirak edib.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü