Modern.az

Alman millisi Bakıya gəlir

Alman millisi Bakıya gəlir

Təhsil

5 İyun 2011, 20:18


Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 22:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda millimizlə qarşılaşacaq Almaniya yığması Bakıya sabah – iyunun 6-da, saat 16:05-də gələcək.
AFFA-dan verilən məlumata görə, həmin gün saat 19:30-da, «Hyatt Regency» otelində Almaniya millisinin baş məşqçisi Yoaxim Lövün mətbuat konfransı, saat 21:00-da isə Tofiq Bəhramov adına Respublika stadionunda bundestimin ilk 15 dəqiqəsi yalnız mətbuat nümayəndələri üçün  açıq məşqi (azarkeşlər məşqə buraxılmayacaq) olacaq.

Azərbaycan-Almaniya matçı iyunun 7-də saat 22:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi