Modern.az

Asif Atanın məzarı ziyarət olunub

Asif Atanın məzarı ziyarət olunub

6 İyun 2011, 08:05

İyunun 5-də Asif Ata ocağının tərəfdarları mərhum filosofu anım mərasimi keçiriblər. Bu münasibətlə 5 iyunun Asif Atanın öldüyü gün olduğunu nəzərə alaraq Mütləqə İnam Ocağının tərəfdarları Asif Atanın Ağstafadakı məzarını ziyarət ediblər. Bu barədə Modern.az-a Mütləqə İnam Ocağının yükümlüsü İşıqlı Atalı bildirib.

Məzarlıqda Ocaq Bayrağı asılıb. İştirakçılar Asif Ataya rəmzi müraciət sözü deyiblər: «Ziyarətinə gəldik-işimizlə, içimizlə, İnam Ata!»

Tədbirdə «Özündəki Mütləqlə Səhər Təması», «Ataya Səhər Ricası» deyilib, Mütləqə İnam Ocağının yas qaydasına uyğun olaraq «Ölümlə görüş», «Aqibət» içsəsləri, «Matəm üstə Mütləqlə Təmas» oxunub.

Ocağın ruhani başçısı Safruh deyib: «Atanı 37 ildir tanıyıram, sevirəm, oxuyuram, öyrənirəm, haqqında söz deyirəm. İstəyirik ki, insanların, xalqın içində ruhanilik, həqiqətə sevgi, həqiqət qarşısında ayağını geriyə qoymaq halı yaransın. Atanın adıyla bağlı keçirilən tədbir, alınan nəfəs o istəyə xidmət edir. Biz buna nail olmaq cəbhəsindəyik. Buna çatmaqdan ötrü insan özünü yaratmalıdır, şüarçılıqdan çıxmalıdır, mənanı canlı insanlarda görməyi bacarmalı və sevməlidir».

Ruhani başçı ötən bir ildə Ocağın gördüyü zəngin işlərdən də danışıb.

Tədbirdə «İnam Ata və ölümsüzlük», «İnam Ata və xalqı» mövzularında düşüncələr dinlənilib.

Yazıçı-publisist Əlisahib Əroğul, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov Asif Atayala bağlı düşüncələrini bölüşüblər.

Şəmkirli Ocaqsevər Möhsün Tağıyev, şair-publisist Vüqar Vaqifoğlu, şair Ayaz İmranoğlu və digərləri də çıxış ediblər.

Ziyarət törəni «Ata Ruhunu ürəyimizdə aparırıq!», «Atamız var olsun!» səcdələri ilə başa çatıb.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü