Modern.az

Əmrə tabe olan vəhşilər: şir, pələng, ayı... Canavarı niyə əhliləşdirmək olmur?

Əmrə tabe olan vəhşilər: şir, pələng, ayı... Canavarı niyə əhliləşdirmək olmur?

Mədəni̇yyət

3 Oktyabr 2017, 09:38

Yəqin ki hamı televiziya ekranlarından sirk ustalarının göstərdiyi tamaşaları izləyib. Bu tamaşalar bir çox hallarda müxtəlif vəhşi heyvanların iştirakı ilə hazırlanır. Əhliləşdirilmiş, əmrə tabe ola bilən vəhşi heyvanların davranışı həmişə tamaşaçıda maraq oyadıb...

Maraqlı olduğu qədər həm də düşündürücüdür. Təbiətin vəhşi sakinləri olan fil, pələng, ayı, şir və digər heyvanlar onları əhliləşdirmiş sirk ustalarının əmrlərini dərhal yerinə yetirirlər...


Yəqin ki, əhliləşdirilməyən yeganə vəhşi heyvanın canavar olduğunu bəziləri bilir. Bəs canavarı niyə əmrə tabe etdirmək olmur?


Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyir ki, canavarları əhliləşdirməyin mümkün olmamasının səbəbləri var.


“Klassik canavar tipi var ki, o öz yırtıcılığından əl çəkə bilmir və heç nədən qorxmur. O biri heyvanlar isə 2 instinkt əsasında təlimlənə bilirlər. Qorxu və mükafat digər heyvanlarda yırtıcılığı bir kənara qoyur. Amma canavar bu cür şərtlərə tabe olmur. Ona görə də canavarları əhliləşdirmək mümkün olmur. Çünki heyvanlarda da psixoloji və neyroloji xüsusiyyətlər mövcuddur. Orta statistik canavarda yırtıcılıq o dərəcədə çoxdur ki, onu təlimləndirmək, əhliləşdirmək mümkün deyil. O öz ayağını gəmirib tələdən çıxır. Bir sözlə, canavarlar müti həyatı sevmir”.

İnstitut direktorunun sözlərinə görə, əhliləşdirmə məsələsində insan öz maraqlarını nəzərə alır.

"Məsələn bir məqama diqqət edək. İnsanlar pişiyi ona görə əhliləşdirdi ki, evi kiçik heyvanlardan (siçan) qorusun. Maldarlıq təsərrüfatını, həyətyanı sahəsini qorumaq üçün isə iti əhliləşdirdi. İt də, pişik də sədaqət rəmzi hesab olunur. Digər tərəfdən, it öz iştahına nəzarət edən heyvandır. Canavarlar isə bir qoyunu yesə beləŞ doymur. Bunun bir sıra nəzəri əsasları var. Bir nəzəriyyədə deyilir ki, bəzi canlılar insan məskunlaşdığı ərazidə yaşayır və onda yırtıcılıq yavaş-yavaş azalır. Elə heyvanlar var ki, onların daxilində yırtıcılıq çox az olub və insan məskənləri ətrafında məskunlaşarkən yırtıcılıq yox olub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir