Modern.az

Şamaxı dağlarında köməksiz qalan turistlər xilas edilib - YENİLƏNİB

Şamaxı dağlarında köməksiz qalan turistlər xilas edilib - YENİLƏNİB

3 Oktyabr 2017, 19:47

“Bu gün 06:48 rədələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli Nissan Patrol avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub”.

Bu barədə Modern.az-a Dövlət Dəniz Administrasiyasından məlumat verilib.

Bildirilib ki, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb. Hal hazırda mümkün vasitəslərlə axtarış – xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

 
**

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı yeni məlumat yayıb.

Nazirlikdən Modern.az-a bildirilib ki, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların xilas olunması üçün FHN tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür. Bir qədər əvvəl  Nazirliyin Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunub.


Əlavə məlumat veriləcək...


***

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri FHN-nin helikopteri tərəfindən müəyyən olunub.

"Turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər. Hazırda Mülki müdafiə qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər. Əlavə məlumat veriləcək",- FHN-in açıqlamasında deyilir.

***

 

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış 2 nəfər xarici vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən aşkar olunub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hər iki şəxs Rusiya Federasiyasının vətəndaşıdır.  Turistlərin olduğu "Nissan" markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilir.

Bundan başqa, həmin ərazidə "UAZ" markalı avtomobillə yolda qalmış 3 nəfər yerli sakinə də müvafiq köməklik göstərilib.

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!