Modern.az

İspaniya kralı Kataloniyada keçirilən referendumu tanımayıb

İspaniya kralı Kataloniyada keçirilən referendumu tanımayıb

Dünya

4 Oktyabr 2017, 00:43

İspaniya kralı VI Filipp Kataloniyada keçirilən referendumu tanımayıb. Modern.az "Report"a istinadən xəbər verir ki,  referendumdan iki gün sonra televiziyada çıxış edən kral muxtariyyət ərazisindəki səsvermələri tanımadığını deyib.

Onun sözlərinə görə, Kataloniya hökuməti qanunsuz referendum keçirib və öz hərəkətləri ilə İspaniyanın vahidliyini dağıtmaq məqsədilə demokratik prinsipləri pozub.

"Onlar qaydaları müntəzəm pozaraq qərarlar qəbul etdilər, ölkə hakimiyyətinə Kataloniyada təqdim edilən nifrəti göstərdilər", - deyə kral vurğulayıb.

VI Filipp əlavə edib ki, muxtariyyət hakimiyyəti İspaniya konstitusiyasını və Kataloniyanın muxtariyyəti haqqında qanunu pozub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə