Modern.az

İraq Kürd Muxtariyyətində 7 günlük matəm

İraq Kürd Muxtariyyətində 7 günlük matəm

Dünya

4 Oktyabr 2017, 01:00

İraq Kürd Muxtariyyətində keçmiş prezident Cəlal Təlabaninin ölümü ilə bağlı 7 günlük matəm elan edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani qərar verib.

Məsud Bərzani  bildirib ki, Cəlal Təlabani kimi bir liderin ölümü böyük itkidir və onun yerini də doldurmaq asan olmayacaq.

Qeyd edək ki, 83 yaşında vəfat edən Cəlal Təlabani 2005-2014-cü illərdə İraq prezidenti olub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə