Modern.az

ÜAK-ın yerinə başqa təşkilat yaranmayacaq

ÜAK-ın yerinə başqa təşkilat yaranmayacaq

Aktual

4 Oktyabr 2017, 11:22

“Ümumrusiya Azərbaycanlıları Konqresinin yerində yeni qurum yaratmağı düşünmürük. Bizim səylərimiz ondan ibarətdir ki, ÜAK-ı bərpa edək. Bu məsələ ilə bağlı bizim məhkəməmiz davam edir”. Bunu Modern.az-a açıqlamasında ÜAK-ın icraçı katibi İlqar Hacıyev  deyib.

 

O bildirib ki, ÜAK-ın ləğvi ilə barışmırlar.

 

“Rusiyada qeydiyyatsız fəaliyyət göstərən kiçik partiyalar mövcuddur. Amma biz qeydiyyatsız fəaliyyət göstərmək niyyətində deyilik. Ona görə də qeydiyyatla bağlı işlərimiz davam edir. Etirazımızı sənədlərlə bildirməkdə davam edirik. Bu qərarın ləğv olunması ilə razılaşmırıq. Ona görə də işlərimizi davam etdiririk”.

 

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatını ləğv edib. İyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin müvafiq qərarından apellyasiya şikayəti verib.

 

 Xatırladaq ki, ÜAK 2001-ci ildə yaradılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür