Modern.az

Ukrayna parlamentində kütləvi dava - VİDEO

Ukrayna parlamentində kütləvi dava - VİDEO

Dünya

5 Oktyabr 2017, 23:24

Ukrayna parlamentində kütləvi dava olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, deputatlar arasında qarşıdurma Ukrayna Ali Radasında Donbas barədə qanun layihəsinin müzakirəsi zamanı baş verib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan edib ki, bəzi deputatlar qanun layihəsinin müzakirəsinə mane olmaq istəyirlər: “Hazırda parlamentdə bəzi deputatlar Rusiyanın təcavüzkar kimi tanınması barədə qanunun qəbul edilməsinə mane olmağa çalışırlar”.

 

Bu sözlərdən sonra parlament üzvləri Turçinovun əlindən mikrofonu alaraq sındırıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə