Modern.az

ABŞ Səudiyyə Ərəbistanına 15 milyardlıq silah satıacaq

ABŞ Səudiyyə Ərəbistanına 15 milyardlıq silah satıacaq

Dünya

7 Oktyabr 2017, 00:57

ABŞ Səudiyyə Ərəbistanına raket əleyhinə THAAD sistemləri satacaq. Modern.az xəbər verir ki, silah satışına ABŞ Dövlət Departamenti artıq razılıq verib.

Dövlət Departamentin bəyanatında bildirilir ki, müqavilənin məbləği 15 milyard təşkil edir. 

Qeyd edək ki, bu ilin mayında Ər Riyadda ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 110 mlrd. dollar olan  bir neçə hərbi kontrakt imzalanıb. Ağ Ev nümayəndələri müqavilələrin İranın təhdidləri qarşısında Səudiyyə Ərəbistanı və Fars körfəzi regionunda təhlükəsizliyinin təmin edilməsinə kömək olacağını bildiriblər. Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə ABŞ və Çindən sonra üçüncü yerdədir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə