Modern.az

Şimali Koreya lideri bacısına yüksək vəzifə verdi

Şimali Koreya lideri bacısına yüksək vəzifə verdi

9 Oktyabr 2017, 10:51

Şimali Koreya lideri bacısı 28 yaşlı Kim Yo Çeni siyasi büronun üzvü təyin edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlər bununla Kim Çen Inın öz siyasi hakimiyyətini möhkəmləndirdiyini ehtimal edir.

 

“O qadın olduğu üçün Kim Çen In bacısını hakimiyyəti üçün təhlükə hesab etmir”-deyə ekspertlər bildirir.

 

2013-cü ildə Kim Çen In keçmiş sevgilisini və daha 10 nəfər şəxsi təhlükəli element kimi güllələmişdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır