Modern.az

Kataloniya müstəqilliyə DOĞRU: “Başqa seçimimiz yoxdur”

Kataloniya müstəqilliyə DOĞRU: “Başqa seçimimiz yoxdur”

Aktual

9 Oktyabr 2017, 12:02

Kataloniya rəhbərliyi müstəqilliyə doğru addımlar atmaqda davam edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, separatçı bölgənin xarici işlər naziri Raul Romeva tezliklə bu barədə qərarın elan olunacağını deyib.

 

“Avropanın iqtisadiyyat üzrə komissarı Pyer Moskovisi yalnız İspaniyanı təşkiların üzvü kimi tanıdıqlarını deyib və Kataloniyanın müstəqil olacağı təqdirdə ona ittifaqda üzvlüyün verilməyəcəyini vurğulayıb. Lakin Birliyin qanunvericiliyində bu barədə heç nə yazılmayıb”.

 

Romevanın fikrincə, müstəqillik region üçün  yeganə seçimdir.

“Kiminsə başqa təklifi var?Bəlkə kimsə polis,zorakılıq, məhkəmə və təhdidlərdən başqa bir şey təklif edir?”.

 

Kataloniyanın müstəqilliyi haqqında referendum oktybarın 1-də keçirilib və rəsmi Madrid tərəfindən tanınmır.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı