Modern.az

Qərb Universitetinin tələbələri robot düzəltdilər - FOTOLAR

Qərb Universitetinin tələbələri robot düzəltdilər - FOTOLAR

9 Oktyabr 2017, 12:12

Qərb Universiteti Azərbaycan Elm Assosiasiyası tərəfindən keçirilən “Multidissiplinar Elmi Forum”da iştirak edib. Universitetin tələbələri Forumda 4 layihə təqdim ediblər.

 

Universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tələbələri LEGO platforması üzərində maneədən qaçan və qəza törətməyən robot təqdim ediblər.

 

Eyni zamanda insan boyunu ölçmək üçün də innovativ layihə təqdim olunub. Forum zamanı istənilən şəxs stendə yaxınlaşaraq tələbələrin əl işi olan elektron boyölçəndən istifadə edərək öz boylarını ölçə bilmişlər.

 

Elektronika sahəsində sonuncu layihə olan led pər vasitəsi ilə tələbələrin Qərb Universitetinin qısaldılmış adını və yaranma tarixini əks etdirməsi də maraqla qarşılanıb.

 

Universitetin Biznes Məktəbinin tələbəsinin üzərində çalışdığı VOOBY startap layihəsi də Forumun diqqətçəkən təqdimatlarından olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir