Modern.az

Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında tələblər qoydu

Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında tələblər qoydu

9 Oktyabr 2017, 14:55

Bakı Nəqliyyat Agentliyi (BNA) daşıyıcılar qarşısında yeni tələblər qoyub.

 

Bu barədə Modern.az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

 

BNA rəsmisi bildirib ki, yeni tələblərə əsasən, daşıyıcılar ya nəqliyyat vasitələrini əsaslı təmir edib yeniləməli ya da yenisini almalıdırlar:

 

“Artıq bu tələbə uyğun olaraq 1000-ə yaxın nəqliyyat vasitəsi əsaslı təmir edilib. Onların 700-ə yaxını bu ilin, qalanları isə ötən ilin payına düşür”.

 

M.Ağayevin sözlərinə görə, bütün daşıyıcıların kart sisteminə keçidi avtobus bazası tam yeniləndikdən sonra mərhələylə olacaq:

“Hələlik 19 xətt üzrə 478 avtobus kart sistemi ilə fəaliyyət göstərir”.

 

Şöbə müdiri deyib ki, avtobuslarda normal havalandırma sisteminin təmin edilməsi üçün işlər davam etdirilir:

 

“Avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməsi, normal havalandırma sisteminin təmin edilməsi istiqamətində işlərimiz davam edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir