Modern.az

Qırğızıstan prezidenti iğtişaşlara görə Soçi səfərini ləğv etdi

Qırğızıstan prezidenti iğtişaşlara görə Soçi səfərini ləğv etdi

9 Oktyabr 2017, 17:36

Qırğızıstan prezidenti Almazbəy Atambayev prezident seçkiləri günü iğtişaşların hazırlanması barədə xəbər aldığı üçün Soçiyə səfərini ləğv edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 10- və 11-i tarixlərində Soçidə MDB dövlət başçılarının sammitinə qatıla bilməyəcək Atambayev Soçiyə baş nazir Sapar İsakovu göndərib.

 

Prezident ölkədə xaricdən maliyyələşən qüvvələrin iştirakı ilə aksiyaların baş tutacağını bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir