Modern.az

AŞPA-ya yeni prezident seçmək mümkün olmayıb

AŞPA-ya yeni prezident seçmək mümkün olmayıb

9 Oktyabr 2017, 19:54

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentini ikinci turda da seçmək mümkün olmayıb.  Modern.az APA-ya istinadən xəbər verir ki, kiprli Stella Kyriakides 121 səs, litvalı Emanuelis Zingeris isə 69 səs alıb.

Namizədlərdən birinin qalib gəlməsi üçün minimum 152 səs yığması tələb olunur.

Sabah səhər saatlarında seçkilərin sonuncu - üçüncü turu keçiriləcək. Üçüncü turda daha çox səs yığacaq namizəd qurumun prezidenti elan ediləcək.

Qeyd edək ki, AŞPA-nın bu gün başlayan payız sessiyasında oktyabrın 6-da qurumun prezidenti vəzifəsindən istefa vermiş Pedro Aqramuntun yerinə yeni prezident seçilməli idi. Lakin ilkin səsvermə nəticəsində prezidentliyə namizədlər - Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr - 126 səs) və Emanuelis Zingeris (Litva - 84 səs) lazım olan qədər səs toplaya bilməyib. Səsvermədə iştirak edən deputatların sayı az olduğundan ikinci tur elan edilmişdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir