Modern.az

AŞPA Nazirlər Komitəsinin sədri Azərbaycan deputatını dəstəklədi

AŞPA Nazirlər Komitəsinin sədri Azərbaycan deputatını dəstəklədi

9 Oktyabr 2017, 21:44

Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Nazirlər Komitəsinin sədri, Çexiyanın xarici işlər naziri  Lubomir Zaoraleke millət vəkilləri qarşısında çıxış edib və onların suallarını cavablandırıb. Modern.az xəbər verir ki, AŞPA-nın Azad Demokratlar Qrupu adından Nazirlər Komitəsinin sədrinə sualı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva verib.

O, Avropa Şurası Parlament Assambleyasında mədəni irsin  məhv edilməsi və qanunsuz ticarətinə qarşı mübarizəyə dair bu ilin may ayından etibarən ratifikasiyasına start verilən "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyasının əhəmiyyətinə toxunub. Bu haqda danışan millət vəkili üzv ölkələrdə bu sənədin imzalanması və ratifikasiyası istiqamətində Lubomir Zaoralekenin Nazirlər Komitəsinə sədrliyi dövründə konkret hansı işlər görüldüyünü sual edib.

Cex Respublikasının xarici işlər naziri, Avropa Şurası Nazirlər komitəsinin sədri Zoaralek Lubomir Qənirə Paşayevanın tamamilə haqlı olduğunu, bu konvensiyanın münaqişələrin, terror aktlarının durmadan baş verməsi səbəbindən böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Nazir qeyd edib ki, artıq 8 ölkə bu konvensiyanı ratifikasiya edib və digər dövlətlərin ratifikasiya etmələri üçün deputatları dövlət səviyyəsində müvafiq tədbirlər görməyə dəvət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?