Modern.az

YUNESKO-nun baş direktorunu seçmək mümkün olmayıb

YUNESKO-nun baş direktorunu seçmək mümkün olmayıb

Aktual

9 Oktyabr 2017, 21:59

Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin ilk turu nəticə verməyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunun seçilməsi mümkün olmayıb. Namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

 

Qeyd edək ki, YUNESKO-nun yeni baş direktoru postuna 7 ölkənin nümayəndəsi, o cümlədən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyi irəli sürülüb. Səsvermənin növbəti mərhələsi sabah baş tutacaq. YUNESKO-nun yeni rəhbərinin adı oktyabrın 13-dək məlum olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub