Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Aktual

9 Oktyabr 2017, 23:58

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti ötən həftənin son iş günü 6-da 56,97 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 1,97 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 6-da 56,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,98 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 6-da 53,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,08 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 6-da 55,19 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2 dollar/barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı