Modern.az

2010-cu il "Avropa gənclərinin hüququ ili" elan edilib

2010-cu il "Avropa gənclərinin hüququ ili" elan edilib

18 Noyabr 2009, 15:31

Millət vəkili Fuad Muradov İtaliyada Avropa gənc siyasətçilərinin toplantısından qayıdıb. Modern.az saytına açıqlamasında o, qeyd edib ki, həmin tədbirdə 44 ölkədən 98 nümayəndə iştirak edib. Tədbirin konkret nəticəsinə gəlincə, millət vəkili bildirib ki, toplantının sonunda 2010-cu il “Avropa gənclərinin hüququ ili” elan oludu: “Bunula bağlı silsilə tədbirlər həyata keçiriləcək. Azərbaycan Gənclər Təşkilatları Milli Şurası da həmin tədbirlərdə iştirak edəcək. Azərbaycanda bunla bağlı 3 layihə, “Gənclər arasında işsizlik problemi”, “Gənclərin iştirakı və əsas istiqaməti”, “Gənclərin işinin inkişaf etdirilməsi” məsələsi var. Bu layihələr Azərbaycanla birlikdə 7 ölkədə gerçəkləşəcək. Burada isə məqsəd gənclərin problemlərinin həllində özlərinin iştirakını təmin etmək, onları narahat edən məsələlərlə bağlı dövlətlərdən və beynəlxalq təşkilatlardan real addımlar atmasına nail olmaq”.

F.Muradov Avropa gənclərinin Azərbaycan kimi ölkələrlə çox maraqlı olduğunu da deyib: “Biz bütün gücümüzlə belə tədbirlərdə Azərbaycanla bağlı təbliğat aparsaq da, hələ Avropa gəncləri ölkəmizlə bağlı tam məlumatlı deyillər.

Qeyd edim ki, Avropada təhlükəsizlik məsələsi də müzakirə olundu. Xüsusilə də Cənubi Qafqazda bu sahədəki problemlərlə bağlı narahatçılıq ifadə olundu. Gənclər bu məsələlərin beynəlxalq hüquq prisinsipində həllinin tərəfdar olduqlarını söylədilər.

Mən qaçqın və məcburi köçkün gənclərlə bağlı məruzə etdim və bildirdim ki, XXI əsrdə yaşamağımıza baxmayaraq Ermənistan təcavüzkar siyasətindən əl çəkmir. Sülhün Qorunması və Zorakılığın Aradan Qaldırılması adlı işçi qrupunda bu məsələ barədə geniş məlumat verdim və bildirdim ki, 200 mindən artıq gənc Azərbaycanda qaçqın və məcburi köçkündür. Bu problem 20 ildir ki, həll olunmur”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir