Modern.az

Maşın bazarında ucuzlaşma yoxdur

Maşın bazarında ucuzlaşma yoxdur

10 Oktyabr 2017, 13:35

Son günlər maşın bazarında ucuzlaşma olduğu barədə xəbərlər yayılır. Bu xəbərlərin məqsədinin bazara alıcı cəlb etmək daşıdığı istisna deyil.

“Avtomobillərin qiymətində hansısa ucuzlaşma yoxdur”.

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib.

“Təklif aşağıdır, tələb isə yüksəkdir. Ona görə də nəqliyyat vasitələrinin qiyməti qalxıb. Adətən oktyabr-noyabr aylarında avtomobillərin qiymətinin ucuzlaşması müşahidə olurdu, fevral ayında isə qiymət yenidən artırdı. Ancaq hazırda müşahidə olunur ki, avtomobillərin qiyməti bahalaşır. Təqribən 1-2 il bundan əvvəl nəqliyyat vasitələrinin qiymətinin qalxması maliyyə bazarlarında baş verən proseslərlə bağlı idisə, hazırda bu proses tam əks istiqamətə keçib. Bunun da əsas səbəbi tələb-təklif faktoru ilə bağlıdır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu