Modern.az

Moskvadan Azərbaycan pedaqogikasının görkəmli nümayəndəsi Əjdər Ağayevə ...

Moskvadan Azərbaycan pedaqogikasının görkəmli nümayəndəsi Əjdər Ağayevə ...

10 Oktyabr 2017, 20:16

Əziz və hörmətli Əjdər müəlliim!

 

Bu gün Sizin  ünvanınıza göndərilən bütün təbriklərə qoşuluram. Bütün dostlarınız kimi, mən də Sizi Moskvadan əlamətdar 80-illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar diləyirəm!

Əziz Əjdər müəllim,  Sizi çoxdan tanıyıram, tanışlığımızdan bizi 40 – ildən çox bir zaman ayırır.  İstər-istəməz   xəyal məni qanadlarında 70- llərin ortalarına tələbəlik illərimə aparır. Mənim 1975-1980 illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil aldığın illərə. İnstitutda oxuya-oxuya maddi sıxıntılarla üzləşdiyimdənmənə maddi cəhətdən köməklik edəcək bir adamın olmadığından, məcburiyyət qarşısında qaldığımdan o vaxtkı  Respublika Müəllimlər evində gözətçi kimi işə düzəlmişdim. Respublika Müəllimlər evi o vaxtkı Qoqol küçəsi 14-də, Nizami küçəsiylə kəsişdiyi binada yerləşirdi. Müəlimlər evinin direktoru Tofiq Quliyev idi. Allah Tofiq müəllimə rəhmət eləsin mənə bir tələbə, bir gözətçi kimi baxmadı, aramızda yaş fərqinin  olmasına baxmayaraq yaxşı bir ünsiyyət yarandı və sarsılmaz dostluğa çevrildi. Mənim də Sizinlə tanışlığım elə həmin illərdən başladı. Həmin vaxtlar sizin baş redaktor olduğunuz  “Azərbaycan məktəbi”  jurnalının redaksiyası da "Müəllimlər evi"nin yerləşdiyi  üçüncü mərtəbədə yerləşirdi,  amma giriş Nizami küçəsi tərəfdən idi. Mənim onda 20 yaşım var idi  gecələr yatmır, işləyir, gündüzlər isə dərsə gedirdim. Tofiq müəllim şer yazdığımı bildiyindən mənə şeirlərimi sizə göstərməyimi məsləhət gördü.Yadımdadır mənim sizə verdiyim şerlərimi oxuyub, məni kabinetinizə çağırdınız, O vaxt yazdığım gövrək şeirlərimə  düzəlişlər etdiniz, mənə məsləhətlər verdiniz. Bu gün hardasa mənim xoşa gələn bir misram varsa, orada sizin də müəyyən qədər rolunuz var.

 

Əjdər müəllim, o vaxt sizin mənə bir kəlmə məsləhətiniz  mənə ümman sevinci bəxş elədi. Düşdüyüm çətin yolun daş-kəsəkli, tikanlı, cətin və ağır tərəfini göstərdiniz mənə. Düzəliş etdiyiniz şeirlərdən bir neçəsi o zaman rəhmətlik Əliağa Kürçaylının da xoşuna gəldi və onun təqdimatıyla  bir neçə şeirim “Azərbaycan” poeziya almanaxında dərc olundu. Sizin dediklərinizdən sonra məndə şeirə, ədəbiyyata qarşı daha böyük həvəs yarandı və artıq yaradıcılığmla çox ciddi məşğul olmağa başladım. İndi əminliklə deyə bilərəm ki, az da olsa sizin etimadınızı doğrulda bilmişəm.

 

Əziz Əjdər müəllim, Siz həyatda yalnız insanlara xoş anlar, sevincli anlar bəxş etmək üçün həyata gələn insanlardansınız. Sizin kimi insanlar ona görə doğulurlar ki, insanlara, ağı qaradan,  yaxşını pisdən ayırmaqı öyrətsinlər. Yaxından tanımadığınız bir Kəlbəcərdən gəlmiş bir kənçi balasını ürəyinizə yaxın buraxaraq, ona düzgün yol göstərməyə, həmin adama şöhrət gətirəcək xeyirli məsləhətlər verməyə çalışışırdınız. İndi siz deyin, mən Sizi unuda  bilərəmmi?

 

1980-ildə Yaradıcılıq müsabiqəsindən uğurla keçib Moskvaya M.Qorki  adına Ədəbiyyat institutuna zəmanət almağıma sevinən o vaxt təmasda olduğum, müəllimlərim və yaxından tanıdığm adamlar vardı.  Mirzə İbrahimov, Məmməd Araz,  Qəzənfər Paşayev, Cahangir Məmmədli, Şahmar Əkbərzadə, Tofiq Mahmud, Ənvər Rza, Məmməd Aslan,Tofiq Quliyev, Rasim Kərimli, Aqil Ağayev kimi mənim yaxından tanıdığım insanlar Moskvaya Ədəbiyyat institina göndərlində məni dəstəkləyən adamlar idilər. Həmin adamlardan biri də məhz siz idiniz. Mənim getdiyim bu təlatümlü, ən çətin, daşlı-kəsəkli  yolun başlanğıclnda mənə ümid verən, düzgün yol seçdiyimi dəstəkləyən bir müəllim, pedaqoq kimi qolumdan  yapışan  adamlardan biri də siz olmusunuz. Sizin tələbəniz olmasam da  Sizi özümün mənəvi müəllimim hesab eliyirəm və bu tanışlıqdan qürur hissi duyuram. Fəxr edirəm ki, sizin kimi ziyalını şəxsən tanıyıram.

 

Bu gün  Siz hər kəsdən yaxşı bilirsiniz ki,təhsilimiz gözlədiyimiz və ümid etdiyimiz səviyyədə deyil. Son illərdə Ali məktəblərə qəbul olunmuş tələbələrin səviyyəsi, həm dərslərin səviyyəsi, həm dərsliklərin, hazırlanmış proqramların səviyyəsi, ümumiyyətlə təhsilimizə olan münasibət xoşəgələn vəziyyətdə deyil. İldən-ilə vəziyyətin daha da mürəkkəbləşdiyi göz qabağındadır. Əlbəttə təhsil məsələsində çox ciddi islahatlar keçirilməlidir. Çox vaxt səviyyəsiz dərsliklərin olduğunu görürük. Bir də görürsən ki, tanınmamış bir adam dərslik yazır, təcrübəli pedaqoqlarımız  isə kənarda. Kim harada və necə istəyirsə proqramlar tərtib edir və sonradan da narazığlar yaranır, xoşagəlməz hadisələr baş verir. Siz də gözəl bilirsiniz ki, təhsil ölkənin, millətin taleyini həll edən strateji məsələdir. Buna həm dövlət səviyyəsində, həm ümumi ictimaiyyət səviyyəsində çox ciddi  yanaşmaq və ciddi işlər görmək lazımdı.

 

Siz Azərbaycan Təhsil Şurasının və Respublika müəllimlər şurasının sədri, pedaqoji elmlər doktoru, görkəmli alim, pedaqoq, publisist, jurnalist, şair,  müasir  Azərbaycan pedaqoji elminin sanballı  nümayəndəsiniz. Azərbaycan təhsilinin inkişafında mühüm rolu olan insansınız. Azərbaycan təhsilinin, tələbələrin, yetişən gənc nəslin hər zaman sizə, sizin məsləhətlərizə, qayğılarınıza ehtiyacı var.Azərbaycanda yeni nəslin tərbiyəsində, təhsilində  sizin xidmətləriniz danılmazdır.  

 

Əziz Əjdər müəllim, inanıram və əminəm ki, Azərbaycanımızın Qarabağ kimi üzləşdiyi ağır bir zamanda Sizin kimi təcrübəli pedaqoqlarımızın səyi nəticəsində, pedaqoji elmimiz inkişaf edəcək, gənc nəslin təhsilində, tərbiyəsində, savadlı, vətənpərvər, yurdsevər, yurdumuza ləyaqətli övlad kimi yetişmələrində  öz  töhfəsini verəcəkdir.

 

Dərin hörmətlə,  Nəsib Nəbioğlu

Azərbaycan Yazıçılar Birliyi (AYB) Moskva bölməsinin katibi, Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı

Moskva,10.10.2017

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir