Modern.az

Qobustanda ağır qəza: 4 yaralı

Qobustanda ağır qəza: 4 yaralı

10 Oktyabr 2017, 20:28

Qobustan rayonunda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb. Modern.az "Report"a istinadən hadisə Bakı-Şamaxı-Yevlax yolunda qeydə alınıb.

Belə ki, bu gün saat 18:00 radələrində Bakı istiqamətində hərkətdə olan "Nissan Teana" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı beton səddə çırpılıb. Nəticədə sürücü, Şəki rayon Zunut kənd sakini, 1990-cı il təvəllüdlü Həşimov Yusif Araz oğlu və avtomobildə olan 3 sərnişin - Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Nicat Bayram oğlu Şəhriyev, Qəbələ rayon sakini, 1991-ci il təvəllüdlü Cəlal İlqar oğlu Əmirov və 1993-cü il təvəllüdlü Cəlal Maarif oğlu Camulov ağır bədən xəsarətləri ilə Qobustan və Şamaxı rayonlarının xəstəxanalarına yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir