Modern.az

Polad Bülbüloğlu YUNESKO-nun baş direktorluğuna namizədliyini geri götürüb

Polad Bülbüloğlu YUNESKO-nun baş direktorluğuna namizədliyini geri götürüb

10 Oktyabr 2017, 21:08

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu gün keçirilən səsvermənin birinci turundan sonra Polad Bülbüloğlu bu addımı atıb.

Məlumata görə, YUNESKO-nun İcraiyyə Şurası bu gün keçirilən səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib. YUNESKO-nun baş direktoru vəzifəsinə keçirilən səsvermənin ikinci turu da nəticəsiz başa çatıb və heç bir namizəd yenə də səs çoxluğuna nail ola bilməyib.

Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 5 ölkənin nümayəndəsi israrlıdır. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun adının oktyabrın 13-də məlum olacağı ehtimal edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir