Modern.az

Bakıda naməlum kişi ölüb - DİN yaxınlarını axtarır - FOTO  

Bakıda naməlum kişi ölüb - DİN yaxınlarını axtarır - FOTO   

Aktual

11 Oktyabr 2017, 11:55

Bu il sentyabr ayının 23-də saat 22:55 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısında 50-60 yaşlarında naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və orada həmin şəxs dünyasını dəyişib.

      
Bu barədə Daxili İşlər Nazirliyindən Modern.az-a məlumat verilib. Bildirilib ki, həmin şəxsin əlamətləri belədir- boyu 175 santimetr, gözünün rəngi açıq palıdı. Naməlum şəxs tapılan zaman əynində tünd göy rəngli cins şalvar və qara rəngli 3 düyməli uzunqol köynək olub.

      
Şəkildə gördüyünüz kişini tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi”nə, həmçinin Xətai Rayon Polis İdarəsinə (012) 422-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır