Modern.az

Daxili İşlər Nazirliyi  kooperativ binadan mənzillər təklif edir - FOTO

Daxili İşlər Nazirliyi  kooperativ binadan mənzillər təklif edir - FOTO

Aktual

11 Oktyabr 2017, 12:09

Daxili İşlər Nazirliyi polis istemində işləyən əməkdaşlara müraciət edib.
Modern.az-ın məlumatına görə, müraciətdə deyilir ki, daxili işlər orqanları əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi kooperativ yolu ilə tikilən binada mənzillər təklif edir.   


Paytaxtın Nərimanov rayonunun 2036-cı məhəlləsində (Ziya Bünyadov prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında) kooperativ yolu ilə tikilən 13 mərtəbəli yaşayış binasında 1, 2, 3 və 4 otaqlı mənzillərin 1 kvadratmetri heç bir faiz tutulmadan 900 manatadır.


Bir il müddətinə ilkin ödəniş 50 faiz olmaqla, mənzillərin dəyəri tikintinin sonuna qədər hissə-hissə ödənilməlidir. 

 

Mənzillərin sahələri:

 

1 otaqlı – 70.63,  72.93 kvm.

2 otaqlı – 88.17,  89.21 kvm.

3 otaqlı – 152.72 kvm.

4 otaqlı – 177.18 kvm.

 

Həmin binada mənzil almaq istəyən əməkdaşlar DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Əsaslı Tikinti İdarəsinə (tel: (012) 408-81-25) müraciət edə bilərlər.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu