Modern.az

Azadlığın məhdudlaşdırılması bu cinayətləri törədənlərə şamil olunacaq - SİYAHI

Azadlığın məhdudlaşdırılması bu cinayətləri törədənlərə şamil olunacaq - SİYAHI

Aktual

11 Oktyabr 2017, 14:25

Azadlığın məhdudlaşdırılması adlı yeni cəza növünün hansı cinayətlərə şamil ediləcəyi məlum olub.

Modern.az-ın məlumatına görə, Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur.


Yeni maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

 Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:

 

- yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

- elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;

- məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

- cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

 

Maddəyə görə, məhkəmə məhkum üçün aşağıdakı vəzifələri müəyyən edə bilər:

 

- kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

- alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək.

 

Azadlığın məhdudlaşdırılması 6 aydan 5 ilədək hesablanacaq.

 

Belə ki, Cinayət Məcəlləsinin 85-ci  (Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri), 121-ci (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi), 122-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə), 123-cü (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə), 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma), 129-cu (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 130-cu (Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma), 131.2-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 133-cü (Əzab vermə), 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 140-cı (İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma), 142-ci ( Xəstəyə kömək göstərməmə), 143-cü (Təhlükədə qoyma), 144-cü (Adam oğurluğu), 147-ci (Böhtan), 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma), 157-ci (Mənzil toxunulmazlığını pozma), 158-ci (Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma), 160-cı (Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə), 162-ci (Əmək mühafizəsi qaydalarını pozma), 165-ci (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma), 169-cu (Toplantıları keçirmə qaydasını pozma), 177-ci (Oğurluq), 178-ci (Dələduzluq), 179-cu (Mənimsəmə və ya israf etmə), 180-ci (Soyğunçuluq), 185-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə), 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 187-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə), 189-1-ci (Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması), 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 194-cü (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə),195-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 196-cı(Kreditor borclarını ödəməkdən qəsdən yayınma), 197-ci (Əmtəə nişanlarından qanunsuz istifadə etmə), 198-ci (Bilə-bilə yalan reklam etmə), 200-cü ( İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 200-1-ci (Dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-2-ci (Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi), 203-1-ci (Qiymətli kağızlar bazarında manipulyasiyalar), 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma), 206-cı (Qaçaqmalçılıq), 221-ci (Xuliqanlıq), 222-1-ci (Özbaşına tikinti işləri aparma), 223-cü (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma), 224-2-ci (İxrac rejimini pozma) ,225-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma), 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 230-cu (Odlu silahı diqqətsiz saxlama), 231-ci (Silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirməmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 247-ci (İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 249-cu (Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma), 250-ci (Suyu (su mənbələrini) çirkləndirmə), 251-ci (Atmosferi (havanı) çirkləndirmə), 252-ci (Dəniz mühitini çirkləndirmə), 253-cü (Sahilyanı şelf haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozma), 254-cü (Torpaqları korlama), 255-ci (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 256-cı (Balıq və digər su bioresurslarını qanunsuz tutma), 258-ci (Qanunsuz ov etmə), 259-cu (Qanunsuz ağac kəsmə), 260-cı (Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə), 261-ci (Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozma), 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma), 268-ci (Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi zamanı təhlükəsizlik qaydalarını pozma), 269-cu (Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi), 285-ci (Məzmununda dövlət sirri olan sənədləri itirmə), 286-cı (Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma), 292-ci (Qanunsuz olaraq tutma, həbs yerində alma və ya həbsdə saxlama), 294-cü (Sübutları saxtalaşdırma), 296-cı (Bilə-bilə yalan xəbərçilik etmə), 297-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə), 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 306-cı (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 314-cü (Səhlənkarlıq), 319-cu (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə), 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər), 326-cı maddələrinin tələblərini pozan şəxslərə (Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) Azadlığın məhdudlaşdırılması adlı yeni cəza növü şamil olunacaq.

 

 

Cinayət Məcəlləsinə dəyişikliklər Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır