Modern.az

MDB ölkələrinin prezidentləri Soçiyə TOPLANDI – iclas keçirilir

MDB ölkələrinin prezidentləri Soçiyə TOPLANDI – iclas keçirilir

11 Oktyabr 2017, 15:06

Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

 

Modern.az xəbər verir ki, Sammitin əsas mövzusu iqtisadi əlaqələrin inkişafı, hərbi əməkdaşlıq və mədəni- humanitar əlaqələrin intensivləşdirilməsi olacaq.

 

İclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

 

Liderlər MDB çərçivəsində əməkdaşlığın əsas məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar. Əsas diqqət təşkilatın, onun icra strukturlarının və orqanlarının bundan sonrakı fəaliyyətinin effektivliyini yüksəltməyə yönəldiləcək.

 

MDB-də sədrliyin 2018-ci ildə Rusiyadan Tacikistana keçməsi haqqında qərar veriləcək.

 

İclasın yekununda dövlət başçıları, təxminən, 20 sənəd qəbul etməyi planlaşdırır. Bunlar arasında qeyri-qanuni gəlirlərin leqallaşdırılmasına, terrorizmin maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq konsepsiyası da var.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı