Modern.az

Azərbaycanın İsveçrəyə göndərdiyi xanım səfir işə başladı – FOTO  

Azərbaycanın İsveçrəyə göndərdiyi xanım səfir işə başladı – FOTO  

Aktual

11 Oktyabr 2017, 15:19

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında yeni səfiri Xanım İbrahimova etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Doris Loytharda təqdim edib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, təqdimetmə mərasimi zamanı D.Loythard X.İbrahimovanı hazırkı vəzifəyə təyin olunma münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. O, İsveçrə ilə Azərbaycan arasında münasibətlərin önəmli olduğunu qeyd edərək, Azərbaycan Prezidenti ilə Davos forumu zamanı görüşdüyünü və bu görüşlərin ənənəvi xarakter aldığını söyləyib.

 

Öz növbəsində, Azərbaycan Respublikası Prezidentinin salamlarını çatdıran X.İbrahimova İsveçrə ilə münasibətlərə verdiyimiz önəmdən bəhs edib, iki ölkə başçıları arasında yüksək səviyyədə siyasi dialoqun əsasında digər sahələrdə də əməkdaşlıq üçün imkanlar yarandığını, bir səfir olaraq bu mövcud əməkdaşlığı daha da gücləndirmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyən etmək əzmində olduğunu bildirib.

 

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə toxunub, İsveçrə tərəfinin bu münaqişənin həlli üzrə danışıqlar üçün platforma təqdim etməsini məmnuniyyətlə qeyd ediblər.

 

Tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığa da toxunaraq, Şahdəniz-2 layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya çıxarılması və bununla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ətrafında fikir mübadiləsi aparıblar.

 

X.İbrahimova İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə fəaliyyətinə toxunaraq ölkəmizin iqtisadiyyatının diversifikasiyası istiqamətində görülən işləri və İsveçrə şirkətlərinin qeyri-neft sektoruna sərmayə yatırmaqla bu işə töhfə verməsini müsbət hal kimi qeyd edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi