Modern.az

İnternetin yaradıcısı Qlobal Şəbəkənin inkişafı ilə məşğul olacaq

İnternetin yaradıcısı Qlobal Şəbəkənin inkişafı ilə məşğul olacaq

18 Noyabr 2009, 16:11

İnternetin ixtiraçısı hesab olunan Tim Berners-Li Qlobal Şəbəkənin dünyada istifadə səviyyəsinin artırılması istiqamətində fəaliyyət göstərəcək World Wide Web Foundation adlı qeyri-kommersiya təşkilatı təsis edib. Bu barədə o, Misirdə BMT-nin dəstəyi ilə keçirilən internet problemlərinə həsr olunmuş  IGF (Internet Governance Forum) forumunda çıxış edərkən bildirib.
T. Berners-Linin sözlərinə görə, World Wide Web Foundation “Qlobal Şəbəkənin insanlara pozitiv dəyişikliklər imkanları verən bir məkan kimi inkişafına təkan verəcək yeni proqramların irəliləməsini təmin edən bir inkubator olmalıdır.
Misirdə keçirilən bu tədbirdə Yahoo-nun həmtəsisçisi Cerri Yanq, internet-protokolun yaradıcılarından biri Robert Kann, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture və ICANN təşkilatının prezidenti Rod Bekstrom kimi tanınmış şəxslər iştirak edir.
World Wide Web Foundation qeyri-kommersiya təşkilatının əsas məqsədi internetin istifadəsi və öyrənilməsi sahəsində mövcud “rəqəmsal geriliyin” aradan qaldırılması üzrə işlər görməkdir. Bu gün dünya əhalisinin 70 faizinin veb-kontenti təsvir edə bilən mobil və stasionar rabitə qurğularına çıxışı olduğu halda cəmi 25 faiz əhali Qlobal Şəbəkədən istifadə edir. 
“İnternetə baxanda biz artıq biri-birinə qoşulmuş kompüter və veb-səhifələr toplusu görmürük. Biz Qlobal Şəbəkəyə birləşmiş bəşəriyyət kimi baxırıq. Vahid texnologiya ilə birləşmiş bəşəriyyət. Biz istəyirik ki, bu texnologiya insanlara yeni imkanlar və yalnız yaxşılıq gətirsin”- deyə T. Berners-Li öz çıxışında vurğulayıb. Tədbirdə qeyd olunub ki, yeni fondun əsas maliyyə vəsaiti internetin öyrənilməsinə dair proqramların həyata keçirilməsinə yönəldiləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir