Arxiv
12 Oktyabr 2017, 10:43 | AKTUAL
"Elm aylığı" UNEC-də elmi tədqiqatların keyfiyyətini artıracaq

UNEC-də ənənəvi "Elm aylığı" na start verilib.

"Elm aylığı" nın ilk günündə rektor , professor Ədalət Muradov bildirib ki, məqsəd elmi-tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də aparılan elmi tədqiqatların səmərəliliyini artırmaq, professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq və fikir mübadiləsi aparmaqdır. Də bu-UNEC istiqamətdə mühüm addımlar atıldığını, nailiyyətlər əldə edildiyini diqqətə çatdıran rektor, alimlərin tədqiqatlarını Ictimai müzakirəyə çıxarması məqsədilə yaradılan diskurs.az virtual iqtisadi Forumu, eləcə də ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanan "UNEC Ekspert" jurnalından bəhs edib.

Ə.Muradov bildirib ki, UNEC-də ixtisas sahələri üzrə 5 tədqiqat mərkəzi yaradılıb ki, burada Avropa, eləcə də İslam iqtisadiyyatı üzrə araşdırmalar aparılır. Eyni zamanda Nobel mükafatçılarının iştirakı ilə beynəlxalq konfranslar təşkil olunur, elmi müzakirələr keçirilir. UNEC alimləri Azərbaycanda ilk dəfə olaraq regionda ən böyük layihə olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə Almaniya universitetlərində tədqiqat təcrübəsində iştirak ediblər. Differensial Əməkhaqqı Sistemində müəllimlərin reytinqini müəyyən etmək üçün elmi fəaliyyətə 40% yer verildiyinə diqqət çəkən rektor, UNEC -də elmi nəşrlərin sayının son 3 ildə 2,5 dəfə, xaricdə çap olunan məqalələrin isə 3,6 dəfə artdığını vurğulayıb.

UNEC rektoru universitetdə elmi tədqiqatların keyfiyyətinin daha da artırılması istiqamətində elm günlərinin əhəmiyyətli olacağını bildirib.

Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov " Stratejı Yol Xəritəsi -Elm-təhsil-innovasiya formatına keçid: dünya təcrübəsi və UNEC-də tətbiqi" mövzusunda məruzə ilə çıxış edib. Elmi-tədqiqat universitetinin vəzifələrindən danışan professor həmin universitetlərin əsasında elm və təhsil fəaliyyətini eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan, keyfiyyətli tədris mühitini təmin edən, yüksək elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsinin dayandığını qeyd edib. Professor bildirib ki, "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda Bakı Bəyannaməsi qəbul edilib. UNEC rektorunun rəhbərliyi ilə yaradılan işçi qrupu universitetlərdə elmi fəaliyyətin səmərəli idarəedilməsi, dünya təcrübəsinin öyrənilməsi istiqamətində təkliflər hazırlayaraq, Təhsil Nazirliyinə təqdim edəcək.

Tədbirdə UNEC-də elmi fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində təkliflər səsləndirilib. Bildirilib ki, universitetdə pedaqoji heyətlə tədqiqatçı alimlərin fəaliyyət istiqamətləri ayrılacaq. Bunun üçün tədris proqramlarında köklü dəyişikliklərə ehtiyac var . İqtisadiyyat üzrə Nobel mükafatçılarının dünyanın diqqət mərkəzində olduğu vurğulanaraq, UNEC-də "Elm aylığı" çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. 2017-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatı laureatıRiçard Talerin "Davranış iqtisadiyyatı" kitabının Azərbaycan dilində UNEC-də tərcümə olunması təklif olunub. Növbəti illərdə də UNEC-də iqtisadiyyat üzrə Nobel mükafatçılarının tədqiqatlarının tərçüməsinin həyata keçiriləcəyi bildirilib. Qeyd olunub ki, elmi işlərin təşkili sahələrüzrə təsnifləşdirilməli, elmi tədqiqatların prioritet istiqamətləri müəyyənləşdirilməlidir. Tədbirdə akademik tədqiqatçıların idarəedilməsi, akademik ekspertizanın təşkili barədə də təkliflər səsləndirilib.

"Elm aylığı" çərçivəsində UNEC-də Azərbaycanın tanınmış elm xadimləri və iqtisadçılarının qatılacağı elmi seminar, dəyirmi masalar keçiriləcək, elmi müzakirələr təşkil olunacaq. Eyni zamanda, TEDx beynəlxalq konfransının keçirilməsi də UNEC-də təşkil olunan "Elm aylığı" na daxil edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09 Oğuzda kriminal aləmə yaxın qohumlar polisə atəş açıb - FOTOALAR 3 Avqust 2020, 10:06 Bakıda iki sərnişin avtobusu toqquşub, yaralanan var - FOTO - YENİLƏNİB 3 Avqust 2020, 09:55 Jurnalist ÖLDÜRÜLDÜ 3 Avqust 2020, 09:46 Ermənilər yenidən kəndlərimizi atəşə tutdular - Müdafiə Nazirliyi 3 Avqust 2020, 09:20 Bakıdan konsul göndərilən jurnalistlər - 7 diplomatdan 5-i… 3 Avqust 2020, 09:00 Nardaranda dənizdə boğulanın kimliyi bilindi 3 Avqust 2020, 08:57 İctimai nəqliyyatın hərəkəti bərpa olundu 3 Avqust 2020, 08:48 Dünyada koronavirusa yoluxanların sayı artıb 3 Avqust 2020, 08:35