Modern.az

Səfər Əbiyevin qatıldığı NATO konfransı Liviya məsələsini müzakirə edib

Səfər Əbiyevin qatıldığı NATO konfransı Liviya məsələsini müzakirə edib

Təhsil

8 İyun 2011, 19:40

NATO üzvləri olan ölkələrin Brüsseldə keçirilən bu günkü görüşündə Liviyada hərbi əməliyyatların davam etdirilməsi barədə qərar qəbul edilib. Modern.az “RİA-Novosti”yə istinadən bildirir ki, qərarda hərbi əməliyyatların sona qədər davam etdiriləcəyi vurğulanıb. “Hərbi əməliyyat nə qədər lazımdır o qədər də davam etdiriləcək”-deyə “Frans-Press” məlumat yayıb.

Alyansa daxil olan ölkələrin müdafiə nazirləri həmçinin Liviyanın dinc əhalisinin müdafiəsi üçün mümkün vasitələrdən istifadə edilməsini istəyiblər.  Sənəddə vurğulanır ki, hərbi əməliyyatların şərtləri Qəddafinin əleyhinə oynayır. NATO onun legitimliyini itirdiyini bəyan edib və hakimiyyətdən getməsini tələb edib. 

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev də Brüsseldə NATO-nun tədbirində iştirak edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat