Modern.az

Naftalan və Goranboyda kurqanlar aşkarlandı

Naftalan və Goranboyda kurqanlar aşkarlandı

12 Oktyabr 2017, 23:23

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatları başa çatdırıb. Modern.az "Trend"ə istinadən xəbər verir ki, tədqiqatlar nəticəsində Naftalan şəhəri ərazisində dörd kurqan, Goranboy rayonu ərazisində isə 30-dan artıq kurqan və orta əsrlərə aid iki yaşayış yeri qeydə alınıb. Ekspedisiya, həmçinin Goranboy rayonunun Tatarlı kəndi ərazisindəki Muncuqlu təpədə ilk dəmir dövrünə aid nekropolda arxeoloji tədqiqatları davam etdirib. Nekropol 2007-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent Müzəffər Hüseynov tərəfindən qeydə alınıb və sonrakı illərdə səkkiz qəbir tədqiq edilib. Nekropolda bu il dörd qəbirdə arxeoloji tədqiqatlar aparılıb.

 

Ekspedisiya, həmçinin Goranboy rayonunun Qaraçinar kəndi ərazisindəki Qaraçinar çoxtəbəqəli yaşayış yerində də yoxlama xarakterli tədqiqatlar aparıb. Abidədən tunc dövrünün bütün mərhələlərinə aid maddi-mədəniyyət nümunələri toplanaraq tədqiqata cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir