Modern.az

Azay Quliyev Avropa Komissiyasının nümayəndələri ilə görüşüb

Azay Quliyev Avropa Komissiyasının nümayəndələri ilə görüşüb

18 Noyabr 2009, 16:25

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa Komissiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Jan Lui Lavroff, Nümayəndəliyin siyasi-iqtisadi şöbəsinin rəhbəri Jerom Pons və layihə meneceri Məryəm Hacismayılova ilə görüşüb. Modern.az xəbər verir ki, 

Şuranın ofisində keçən bu görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, QHT-lər tərəfindən yerinə yetirilən layihələrin effektivliyi, maliyyə və informasiya şəffaflığı, eləcə də üçüncü sektorun fəaliyyət hədəfləri ilə bağlı olan  digər məsələlər müzakirə olunub.

A.Quliyev qonaqlara Şuranın layihə maliyyələşdirməsinin prinsipləri barədə ətraflı məlumat verərək, bu yöndə dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsini və effektiv mexanizmlərin tətbiqinin Şura tərəfindən vacib məqam kimi qiymətləndirildiyini qeyd edib.

Müzakirə edilən məsələlərə qonaqlar da öz münasibətlərini bildiriblər. Təkliflər sırasında əməkdaşlıq üçün hər iki tərəfin təmsilçilərindən ibarət işçi qrupun yaradılması qeyd edilib. Vurğulanıb ki, işçi qrup ayda bir dəfə toplaşaraq, Azərbaycanda QHT sektorunun inkişafı məsələlərini, bu yöndə mövcud olan potensial imkanları müzakirə edərək, Şura ilə Avropa Komissiyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün real təkliflər hazırlasın.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir