Modern.az

Bakıda sürət həddi aşağı salındı

Bakıda sürət həddi aşağı salındı

13 Oktyabr 2017, 09:46

Faktiki hava şəraitilə əlaqədar bəzi yollarda sürət həddi aşağı salınıb.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

 

BNA rəsmisi bildirib ki, məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkdir:

 

“Bu səbəbdən də paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və zığ dairəsi-Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Sürüclərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir