Modern.az

Haaqa Məhkəməsi: "Qəddafi qadınları zorlamaq üçün əsgərlərinə “Viaqra” paylayıb"

Haaqa Məhkəməsi: "Qəddafi qadınları zorlamaq üçün əsgərlərinə “Viaqra” paylayıb"

Təhsil

9 İyun 2011, 14:06

Liviya lideri Müəmmər Qəddafi ona qarşı çıxan qiyamçı qadınalrın zorlanması barədə əmr verib. Modern.az BMT-nin rəsmi saytına istinadən bildirir ki, bu barədə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Luis Moreno Okampo beynəlxalq təşkilatda çıxışı zamanı bildirib.

Baş prokuror qeyd edib ki, Qəddafi bu əmrlə qiyamçıların müqavmətini sındırmaq məqsədi güdüb. Moreno-Okampo bildirib ki, bu məqsədlə Liviya xüsusi xidmət orqanları tərəfindən əsgərlərə “Viaqra” paylanıb. Hazırda məhkəmə bu faktları araşdırır.

Qeyd edək ki, may ayında Luis Moreno Beynəlxalq Məhkəməyə müraciət edərək Liviya liderini, onun oğlu Saif əl-İslamı və Liviya kəşfiyyatının rəhbəri Abdulla Sanussini həbs etmək üçün order verilməsini xahiş edib. .

BMT-də çıxışı zamanı baş prokurur bildirib ki, belə order verilsə, Qəddafiyə və ətrafına qarşı zorlama ittihamı da qaldırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır