Modern.az

Dünyanın ən hörmətli şirkətləri (SİYAHI)

Dünyanın ən hörmətli şirkətləri (SİYAHI)

9 İyun 2011, 16:14
Google və Apple korporasiyaları ABŞ-ın tanınmış Reputation Institute təşkilatı tərəfindən hazırlanmış dünyanın 100 ən hörmətli və etibarlı şirkətləri siyahısına başçılıq edirlər.
Tədqiqatçıların sözlərinə görə, istehlakçıları məxfilik məsələləri və Foxconn zavodundakı iş şəraiti çox maraqlandırmır. Bunun əvəzində istifadəçilər şirkətlərin müştərilərlə xüsusi emosional ünsiyyət qurmaq qabiliyyətini yüksək qiymətləndirirlər.
Google reytinqdə 79,99 bal toplaya bilib, Apple isə internet-şirkətdən cəmi 0,22 bal geridədir.
Siyahının üçüncü pilləsində Disney şirkəti yer alıb. İlk onluqda həmçinin Sony, Canon və Intel təmsil olunublar. Microsoft korporasiyası 11, Nokia 15, Nintendo 25, Amazon 33, Dell 34, Sony Ericsson 35, Samsung isə 43-cü yerdə qərarlaşıblar.
Araşdırmada 15 ölkədən 47 min istehlakçı iştirak edib.
Qeyd etmək lazımdır ki, bu il Google artıq Harris Interactive şirkətinin apardığı sorğuya əsasən ABŞ-ın ən nüfuzlu şirkəti adlandırılıb.
Hər iki reytinqdə yüksək texnologiyalar sahəsinin şirkətləri yuxarı mövqelərdə qərarlaşıb.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?