Modern.az

Sabir Rüstəmxanlı “Türküstan” qəzetini təbrik edib

Sabir Rüstəmxanlı “Türküstan” qəzetini təbrik edib

Media

9 İyun 2011, 16:19

Vətəndaş Həmrəyliyi Partiyası “Türküstan” qəzetini beş illik yubleyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir ki, Böyük Türk dünyasının həm coğrafi, həm də mənəvi baxımdan qızıl körpüsü sayılan Azərbaycanda Türkün özünün və sözünün ifadəçisi kimi meydana çıxan  “Türküstan”  qəzeti Anadoludan Uzaq Şərqə qədər böyük bir coğrafiyanın tarixi, mədəniyyəti və bu günkü həyatı haqda daim xəbərlər verməklə, sözün həqiqi mənasında qəzet səhifələrində bir  “Türküstan” yaradıb.

"Bu baxımdan qəzet tək Azərbaycanda yox, Asiyanın bu başından o başına hər bir türk millətçisinin ürək çırpıntıçının ifadəçisinə çevrilib. “Türküstan”  qəzetinin 5 yaşı tamam olur. Çoxsaylı və müxtəlif profilli Azərbaycan mediası arasında  “Türküstan”  qəzeti ilk sayından öz dəsti xətti və mövqeyi ilə bütün digər mətbu nəşrlərdən fərqlənmiş, qısa zaman ərzində öz sözünü deyə bilib”-deyə təbrikdə vurğulanır.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi